Slimfit
  1. TEXNOLOGİYA

“WhatsApp”da çoxdan gözlənilən yenilik

“WhatsApp”da çoxdan gözlənilən yenilik
Sakura

“WhatsApp”da çoxdan gözlənilən yenilik

"WhatsApp" səsli mesajlar üçün foto və videolarda gördüyümüz birdəfəlik mesaj silmə funksiyasını istifadəyə verib.

Ens.az Trend -ə istinadən xəbər verir ki, yeni funksiya ilə artıq səsli mesajlara bir dəfə baxmaq mümkündür. Başqa sözlə, səs yazısı göndərdiyiniz şəxs və ya insanlar tərəfindən dinlənildikdən sonra silinəcək.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR