“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edəcək
Populyar "WhatsApp" messenceri Hindistanda saxta xəbərlərin yayılması ilə əlaqədar mesajların yöndərilməsinə məhdudiyyət tətbiq etməyə qərar verib. Bu, bir sıra regionlarda çoxlu sayda ölkə vətəndaşının faciəli şəkildə ölməsinə səbəb olub.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, xatırladaq ki, bir neçə il bundan əvvəl messencerə əlavə edilmiş funksiya mesajı eyni anda bir neçə çata göndərməyə imkan verir.
"Biz bu gün mesajların yönləndirilməsinə tətbiq ediləcək məhdudiyyəti sınaqdan keçirməyə başlayırıq. Yeni qayda "WhatsApp"dan istifadə edən hər bir kəsə şamil olunur. Biz, həmçinin dünyanın başqa ölkəsi ilə müqayisədə daha çox mesaj, şəkil və videoçarxın göndərildiyi Hindistanda yönləndirmə üçün eyni zamanda istifadə edilən çatların sayını 5-dək məhdudlaşdırmağa cəhd edəcəyik və multimedia mesajlarının yanında ani göndərmə düyməsini siləcəyik" – şirkətdən bildirilib.
"Tech Crunch" nəşrinin məlumatına görə, hazırda 1,5 milyarddan çox istifadəçi "WhatsApp" messencerindən istifadə edir. Şirkət "Facebook"a məxsusdur.
Emil Hüseynov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət