“WhatsApp” məlumatlarınız oğurlana bilər
“WhatsApp” istifadəçilərini aldadan mesajlar yayılıb.
Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, mesajda tədbiqi daha yaxşı istifadə etmək üçün istifadəçilərə “WhatsApp Gold” versiyasına keçmək tövsiyə olunur. Göndərilən linkə tıklayıb, qeydiyyatdan keçən zaman istifadəçinin şəxsi məlumatları oğurlanır.
İlk dəfə 3 il öncə ortaya çıxan və bir anda dağ kimi böyüyən “WhatsApp Gold” adlı saxta tədbiq yenidən insanları aldatmağa başlayıb. İstifadəçilərin şəxsi məlumatlarının oğurlanması məqsədiylə yaradılan tədbiq insanalara mesaj şəklində göndərilir.
Mütəxəssislər bununla bağlı “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edirlər. Daha öncə “Messenger”, “Skype” kimi tədbiqlərdə də istifadə olunan bu cür fırıldaqlardan qorunmaq üçün göndərilən mesajdakı linkə tıklamayın və göndərən nömrəni dərhal əngəlləyin.
“WhatsApp” tədbiqini istifadə etdiyiniz telefonun markasına uyğun olaraq “Google Play” və ya “App Store”dan yükləmək tövsiyə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət