Slimfit
  1. TEXNOLOGİYA

“WhatsApp” istifadəçiləri üçün yeni TƏHLÜKƏ

“WhatsApp” istifadəçiləri üçün yeni TƏHLÜKƏ
Sakura

“WhatsApp” istifadəçiləri üçün yeni TƏHLÜKƏ

Cinayətkarlar "WhatsApp" messencerində onun işini poza biləcək və yazışmaların tarixçəsini silə biləcək mesajlar yayırlar. Bu haqda adətən yeni funksiyalar haqqında informasiya paylaşan "WABetaInfo" saytı məlumat verib.

 Ens.az Olaylar.az -a istinadən bildirir ki, "mətn bombaları" ilk baxışda sadə mesajlar şəklində təsadüfi simvollar toplusudur. Ancaq belə "hədiyyə"nin qəbulundan sonra messenceri işə salmaq olmur. Problem həm "iPhone", həm də "Android" qurğular üçün aktualdır.

 Məlumatda deyilir ki, "mətn bombası" yazışmaların tarixçəsinin ehtiyat nüsxəsi yaradılmadığı halda onların itməsinə gətirib çıxara bilər. Nasazlığın səbəbi, ehtimal ki, messencerin nadir Unicode kodlarını və ya onların kombinasiyasını göstərə bilməməsidir.

 "Mətn bombası" almış istifadəçilərə messencerin veb-versiyası vasitəsilə onu göndərənin kontaktını bloklamaq və mesajı silmək tövsiyə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR