Dərc edildi: Baxış sayı: 804
"Whatsapp+" işlədənlərin nəzərinə!
"Whatsapp+" istifadə edənlərin hesabları bloklanmağa başlanıb.
Ens.az Bakupost.az-a istinadən xəbər verir ki, bloklama bu gündən həyata keçirilib.
İstifadəçilərə ancaq rəsmi "Whatsapp" tətbiqi istifadə edilməsi məsləhət görülüb.
Qeyd edək ki, bu tətbiq Whatsapp-da olmayan funksiyaları təmin edən mobil proqramdır. Rəsmi olmadığı üçün proqram mağazalarında (App Store, Play Store və s.) olmur. “APK” (Android Proqram Arxivi) kimi yüklənilə bilir.
“WhatsApp+” bir çox fəsadlara səbəb ola bilər. Bu tətbiqdən istifadə etdikdə mesajların məxfiliyi təhlükə altına düşür, cihazınız reklamlar və viruslarla dolur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət