WhatsApp-da qaranlıq mövzu tətbiq edilib: necə aktivləşdirmək olar?
Ens.az xəbər verir ki, WhatsApp tərtibatçıları tətbiqetməyə çoxdan gözlənilən qaranlıq mövzu əlavə etdilər. Android və iOS-da artıq görsənir.
Android 10 və iOS 13 istifadəçilərinə bu mövzunu tətbiqetməyə daxil etmək lazım deyil, çünki sistem parametrlərində gecə rejimi seçilərsə avtomatik aktiv olur. Əməliyyat sistemlərinin daha əvvəlki versiyaları olan cihazların sahibləri "WhatsApp" "Parametrlər" -> "çat" -> "Mövzu" nu açmalı və istədiyikləri dizaynı seçməlidirlər. Yaxın günlərdə qaranlıq mövzu WhatsApp-ın yenilənmiş versiyasının bütün istifadəçiləri üçün əlçatan olacaq.
Qaranlıq mövzunun WhatsApp dizaynında çox dəyişməyəcəyi gözlənilir. Tərtibatçılar bilərəkdən Android və iOS-da anoloji rejimdə istifadə olunan eyni rəngləri seçiblər. Eyni zamanda, mətn oxunaqlı qalır və müxtəlif interfeys elementləri yenə də aydın şəkildə fərqlənir.
Qaranlıq mövzu, smartfonunuzda batareya enerjisini qənaət etməyə imkan verir və gözləri əhəmiyyətli dərəcədə az qıcıqlandırır (xüsusən axşam və gecə vaxtları az işıq və ya tam qaranlıqda.
Mənbə: www.iguides.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət