Dərc edildi: Baxış sayı: 248
“Washington Post”un ilk qadın baş redaktoru vəzifəsini tərk edəcək
“Washington Post” qəzetinin baş redaktoru Salli Bazbi tutduğu vəzifəni tərk edəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.
Bazbi bu vəzifəyə 2021-ci ildə təyin olunub və “Washington Post” qəzetinin ilk qadın baş redaktoru idi. Onun gedişinin səbəbi açıqlanmayıb.
“Washington Post” qəzetinin naşiri Uilyam Lyuis bildirib ki, onun yeni baş redaktoru Mett Myurrey olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət