Slimfit
  1. DÜNYA

Vyetnamlı cərrahlar diri adamın əlini başqasına tikdilər: əməliyyat uğurlu oldu

Vyetnamlı cərrahlar diri adamın əlini başqasına tikdilər: əməliyyat uğurlu oldu
Sakura

Vyetnamlı cərrahlar diri adamın əlini başqasına tikdilər: əməliyyat uğurlu oldu

Vyetnamın paytaxtı Hanoy şəhərində yerləşən hərbi xəstəxananın həkimləri tarixdə ilk dəfə diri insanın əlini başqasına tikiblər.

“Vietnam Net” xəbər verir ki, yeni əlin sahibi 2016-cı ildə ağır travma nəticəsində sol əlini və qolunun bir hissəsini itirən 31 yaşlı Pham Van Vuonq olub.

Donor qismində istehsal zamanı travma alan başqa bir şəxs olub.

Onun qolunun qoltuğa yaxın olan hissəsi ciddi xəsarət alıb. Həkimlərin səylərinə baxmayaraq qolda qanqrena başlayıb və onu amputasiya ediblər.

Lakin həmin şəxsin əli və qolunun aşağı nahiyyəsi sağlam qalıb.

O, kəsilmiş əlini və qolunun bir hissəsinin Phama transplantasiya edilməsinə razılıq verib.

Əməliyyat səkkiz saat davam edib. Qeyd etmək lazımdır ki, Pham artıq yeni əlini tərpədə bilir, həmçinin yüngül əşyaları tutmağı bacarır.

Həkimlər hesab edir ki, yeni əl yarım il ərzində öz funksiyasını tam bərpa edəcək.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR