Dərc edildi: Baxış sayı: 651
Vyetnamda Tramp və Kim Çen In stili saç kəsimi pulsuz oldu
Vyetnamda Hanoidən olan bir bərbər, Tramp və Kim Çen Inın saçları formasında kəsimin pulsuz olduğunu elan edib. FaktXeber.com-un verdiyi məlumata görə, o, bunu ABŞ və Şimali Koreya liderlərinin fevralın 27-28-də Vyetnamda gözlənilən sammitinin şərəfinə edib.
Kampaniyanı başladan Le Tuan Duong bu addımı ilk əvvəl əyləncə üçün etdiyini deyib: "Fəqət insanların buna reaksiyası sürpriz oldu. Sülhü sevirəm, müharibədən isə nifrət edirəm. Ailəmdən bir çox insan həlak olub. Buna görə, sammiti çox dəstəkləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət