Slimfit
  1. İDMAN

Vyetnam ilk dəfə "Formula 1" yarışına ev sahibliyi edəcək

Vyetnam ilk dəfə "Formula 1" yarışına ev sahibliyi edəcək
Sakura

Vyetnam ilk dəfə "Formula 1" yarışına ev sahibliyi edəcək

 “Formula 1” üzrə dünya çempionatı ilk dəfə Vyetnamda keçiriləcək.

Report” “France Presse” agentliyinə istinadən xəbər verir ki, paytaxt Hanoy 2020-ci il mövsümündə dünyanın ən populyar avtomobil idman yarışını təşkil edəcək.

Hazırkı çempionat 21 mərhələdən ibarətdir. 2018-ci il mövsümünə noyabrın 11-də keçiriləcək Braziliya və ayın 25-də baş tutacaq Abu-Dabi Qran-priləri ilə yekun vurulacaq. Almaniyanın “Mercedes” komandasının britaniyalı pilotu Lüis Hemilton artıq karyerasında 5-ci dəfə dünya çempionluğunu təmin edib.

Qeyd edək ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. Biletlər oktyabrın 16-dan satışa çıxarılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR