Slimfit
  1. DÜNYA

Vyaçeslav Trubnikov: “Pandemiyadan sonra dünya çoxqütblü olacaq”

Vyaçeslav Trubnikov: “Pandemiyadan sonra dünya çoxqütblü olacaq”
Sakura

Vyaçeslav Trubnikov: “Pandemiyadan sonra dünya çoxqütblü olacaq”

Dünyada koronavirus pandemiyasının başladığı Çin böhrandan birinci çıxdı. Bu da “Pax Sinica”nın (Çin əsri, Çin siyasi və iqtisadi təsirinin böyümə dövrünü göstərən bir neologizmdir) gəldiyini söyləməyə əsas verir. Çinşünas araşdırmaçı Temur Umarov Karneqi Moskva Mərkəzinin saytındakı məqaləsində Çin təsirinin, məsələn, Orta Asiya ölkələrində artmasının narahatlıq hissi yaratdığını qeyd edib.

Çinin həqiqətən ticarət, investisiya və infrastruktur layihələrində böyüməsi nəzərə çarpır.

Rusiyanın tanınmış dövlət xadimi, ordu generalı, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1996-2000-ci illər), Rusiya Federasiyası Xarici İşlər nazirinin birinci müavini (2000-2004-cü illər), Rusiya Federasiyasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri (2004- 2009-cu illər), Yevgeni Primakov adına Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, Rusiya Qəhrəmanı Vyaçeslav Trubnikov Media.Az-a bununla bağlı müsahibə verib.

 

- “Koronavirusdan sonrakı dövr”də Çin erasının - “Pax Sinica”nın gələcəyinə dair bir çox məqalələr nəşr edilir. Eyni zamanda, Çinin təsirinin Cənubi Qafqaz da daxil olmaqla bir çox ölkələrə və bölgələrə yayılacağı deyilir.

- Hələ ki dünyada güc tarazlığının dəyişməsinin vacib əlamətlərini görmürəm. Hər bir ölkə öz problemləri ilə, ilk növbədə təhlükəsizliyi ilə maraqlanır. Geosiyasi ambisiyalara gəlincə, inanmıram ki, bunun üçün əlverişli zamandır. Birbaşa “Pax Sinica”ya gəldikdə, düşünürəm ki, uydurma bir problemdir. Hər halda, bu hələ mövcud deyil.

- Bəs COVID-19 pandemiyası başa çatdıqdan sonra dünyada vəziyyət necə olacaq? Qərb artıq birliyin olmamasını nümayiş etdirir.

- Dünyanın çoxqütblü olacağına şübhə etmirəm.

- Hansı qütb Azərbaycana yaxın olacaq, bu barədə nə düşünürsünüz?

- Bu barədə danışmaq hələ tezdir. Yarana biləcək qütblərin, güc mərkəzlərinin konfiqurasiyası hələ məlum deyil. Pandemiya bitdikdə hər bir ölkənin böhrandan necə çıxdığı müəyyənləşdikdən, xüsusilə iqtisadi vəziyyətindən sonra bu barədə düşünə bilərik. Siyasət isə iqtisadi gücün kimdə olmasından və kimin onu qoruya biləcəyindən asılıdır. Mənə elə gəlir ki, indi gələcəyin görünüşünü yaratmağa dəyməz. Bunlar heç bir əsası olmayan süni cəhdlərdir. Bu gün dünyanı narahat edən məsələ bu deyil.

Ümumiyyətlə, hər hansı bir yeni siyasi konfiqurasiya yaratmaq üçün heç bir səbəb görmürəm. Azərbaycan öz milli, praqmatik maraqlarını rəhbər tutmalıdır. Bəzi məsələlərdə digər ölkələrlə ortaq əlaqə nöqtələrini tapmaq olar. Bir daha deyirəm, bütün bunlar dünya ölkələrinin pandemiyadan necə çıxacağından asılıdır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR