1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Vüqar Süleymanov Natiq oğlu

Vüqar Süleymanov Natiq oğlu
masin.az

Doğum tarixi : 20 yanvar 1993 Vəfat tarixi: 2 aprel 2016 (23 yaşında)

Vüqar Natiq oğlu Süleymanov (d. 20 yanvar 1993; Şəki, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Vüqar Süleymanov 1993-cü ilin 20 yanvar günündə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Vüqar Süleymanov 2015-ci ildə Bakı Slavyan Universitetini bitirib.

Hərbi xidməti

Əsgər Vüqar Süleymanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Vüqar Süleymanov doğulduğu Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Süleymanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüqar Süleymanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

masin.az

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR