Slimfit
  1. CƏMİYYƏT

Vüqar su içdiyi üçün vəfat edib? - Həkim inkar etdi

Vüqar su içdiyi üçün vəfat edib? - Həkim inkar etdi
Sakura

Vüqar su içdiyi üçün vəfat edib? - Həkim inkar etdi

Bir neçə gün öncə AzTV-nin 24 yaşlı əməkdaşı olan Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından vəfat etməsi ilə bağlı xəbər vermişdik.

Ens.az-ın məlumatına əsasən mövzu ilə əlaqədar Axar.az-a açıqlama verən mədə-bağırsaq (laparoskopik bariatrik-metabolik) cərrahı Taryel Ömərov maye qəbulunun ani ölümə səbəb olması ehtimalını inkar edib.

“Maye qəbulu xəstənin həyatının itirilməsinə səbəb ola bilməz. Bu tromboemboliyanın fəsadlarından biridir”, - o qeyd edib.

Cərrah bildirib ki, pasiyent evə buraxılarkən bütün risklər izah olunmalı, tromboembalyanı önləmək üçün qandurulaşdırıcı maddələrin çəki və yaşa uyğun 8-10 gün müddətində istifadəsi tövsiyə edilməlidir:

“Belə əməliyyatlar üçün xəstələrin çox ciddi şəkildə bu işlə məşğul olan və peşəkar komandası olan uğurlu kilinkalara müraciət etməsi məsləhətdir”.

Qeyd edək ki, bir neçə gün öncə AzTV-nin gənc əməkdaşı Vüqar Rəsulov dünyasını dəyişib. Onun mədəkiçiltmə əməliyyatı etdikdən sonra çoxlu maye qəbul etdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR