Slimfit
  1. SİYASƏT

Vüqar Rəhimzadə: Orduya dəstək hər bir vətəndaşın borcudur

Vüqar Rəhimzadə: Orduya dəstək hər bir vətəndaşın borcudur
Sakura

Vüqar Rəhimzadə: Orduya dəstək hər bir vətəndaşın borcudur

"Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. Onlar, eyni zamanda, bu qəhrəmanlıqları ilə gənclərimizdə vətənpərvərlik hissini daha da artırır, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hücum əmrini gözləyirlər. İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasına bir daha işıq saldı. Bu, kimliyindən, siyasi əqidəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün qürürvericidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin daim çağırışlarının əsas mahiyyətini təşkil edən bu tezisi bir daha yada salmaq istərdik: "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir." Təbii ki, bütün qüvvələr ordu quruculuğuna səfərbər olmalıdır. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin təxribatının qarşısını qətiyyətlə alması da bunu bir daha təsdiqlədi."

Ens.az xəbər verir ki,bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Milli.Az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, orduya dəstək hər bir vətəndaşın borcudur, bu məqsədlə müxtəlif tədbirlərin, aksiyaların keçirilməsi təqdirəlayiqdir. Amma bununla yanaşı, iyulun 14-ü gecə saatlarında orduya dəstək adı altında keçirilən yürüşdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi: "Təbii ki, iyulun 12-də baş verən təxribat Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanmaya bilməzdi. Bu, sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsinə rəvac verdi. Bu kimi məqamlar bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Amma digər tərəfdən də unutmamalıyq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. İndiki həssas məqamda arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, Silahlı Qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bu gün Azərbaycanın güclü, qüdrətli ordusu vardır. Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Baş redaktor onu da vurğulayıb ki, hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir zamanda bir qrup şəxsin Bakının küçələrində iğtişaş törətmək cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və mövcud qanunlarımıza ziddir, ən başlıcası şəhidlərin ruhuna hörmətsizlikdir: "Qəti əminəm ki, aidiyyəti dövlət qurumları lazımi araşdırmalar aparacaq, təxribatçılar, düşmən dəyirmanına su tökənlər layiqli cəzalarını alacaqlar. Azərbaycan güclü dövlətdir. Cəmiyyətimiz qanunlarla idarə olunur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Ölkədə sabitliyi qorumaq hər kəsin vətəndaşlıq borcudur. Sabitlik, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi inkişaf, sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Azərbaycan ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin nəticəsində müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas olub, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Azərbaycanın sabitlik diyarına çevrilməsi ölkəmizə investisiya axınını sürətləndirir, bizimlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasına geniş imkanlar açır. Azərbaycan bu gün dünyanın ən islahatçı 20 ölkəsi sırasında qərarlaşıb. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir. Ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan deyiləndə göz önünə ilk olaraq Azərbaycan gəlir. Bütün bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti ilə yanaşı, xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına əldə edilib. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunması, daimi, əbədi olması bundan da çətindir. Bunun üçün uğurlarımızı hər vəchlə qorumalı, ölkəmizin inkişafına töhfələrimizi artırmalı və istənilən pozucu hərəkətlərə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik."

V.Rəhimzadə bu gün istər dünyanı cənginə alan pandemiya ilə, istərsə də cəbhədə düşmənə qarşı mübarizədə milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməyin vacibliyini qeyd edib: "Qəhrəman ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanlar heç vaxt unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Onların qəhrəmanlığı, şəhidlik zirvəsinə ucalması Azərbaycan Ordusunun əsgərləri, gənclərimiz, bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün böyük örnəkdir."

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR