Slimfit
  1. CƏMİYYƏT

Vüqar Qurbanov: "Azərbaycan pandemiyanın idarə olunmasında müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır"

Vüqar Qurbanov: "Azərbaycan pandemiyanın idarə olunmasında müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır"
Sakura

Vüqar Qurbanov: "Azərbaycan pandemiyanın idarə olunmasında müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır"

"Vaxtında və düzgün verilən qərarların nəticəsi olaraq Azərbaycan pandemiyanın idarə olunmasında Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə müsbət təcrübə əldə etmiş ölkələr siyahısındadır".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

"İki gün ərzində bir-birindən maraqlı çıxışların, diskussiyaların şahidi olduq. İstər Azərbaycandan qatılan həkimlərin, istərsə də 13 ölkədən Vətənə gələn azərbaycanlı həkimlərimizin faydalı fikir və təcrübə mübadiləsini izləmiş olduq. Qarşılıqlı əlaqələrin yaranması, həkimlərimiz arasında uğurlu kommunikasiyanın qurulması, tibb sahəsindəki ən son yeniliklərin, texnologiyaların, müasir yanaşmaların bölüşülməsi adına simpoziumun yüksək səviyyədə keçirildiyini qürurla diqqətinizə çatdırmaq istərdim.

Bir daha xatırladım ki, müstəqil Azərbaycan səhiyyəsinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu ilk dəfə keçirilir. Bu günlər ərzində sizlərdən də xoş geridönüşlər aldıq, simpozium barədə söylədiyiniz müsbət fikirlər, eləcə də simpozimun keçirilməsinə göstərdiyiniz böyük maraq bizi ruhlandırır ki, gələcəkdə də xaricdə yaşayan və çalışan həmkarlarımızı ölkəmizə cəlb edək. Sizləri Azərbaycan səhiyyəsinə qazandıraq.

Düşünürəm ki, simpozium çərçivəsində Azərbaycanda tibb sahəsinin inkişafında aparılan islahatları, müsbət dinamikanı yaxından izləmək imkanınız oldu. Bakı, Sumqayıt, Quba, Lənkəran kimi bölgələrə səfər edərək paytaxtla yanaşı, respublikanın hər bir yerində tibbi xidmətlərin keyfiyyətli və əlçatan olması ilə bağlı təəssüratlarınız yarandı", - o qeyd edib".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR