Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Vüqar Hüseynov Tofiq oğlu

Vüqar Hüseynov Tofiq oğlu
Sakura

DOĞUM TARİXİ: 20/06/1969 VƏFAT TARİXİ: 20/07/1991

20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdır. 1976-cı ildə burada məktəbə getmiş və 1986-cı ildə onuncu sinfi bitirmişdir. Sonra Bakıda 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, elektrik qaynaqçısı ixtisasına yiyələnmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O, daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmət dövründə çavuş rütbəsi almışdır. 1989-cu ildə hərbi xidmətini başa vuraraq, Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamışdır.

O, erməni qəsbkarlarının törətdikləri qatı cinayətlərə dözə bilmirdi. Ona görə də, 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazıldı. O, Xocalıda, Çaykənddə rəşadətlə vuruşdu, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdur.

1991-ci il... İyulun 20-i... Ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər. Vüqar Hüseynov döyüş yoldaşlan ilə birlikdə sinəsini sipər elədi, düşmən geri çəkilməyə məcbur oldu. Bu, Vüqarın son döyüşü idi... O, qəhrəmancasına həlak oldu.

Subay idi.

SSRİ rəhbərliyi tərəfindən Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra “Qırmızı Ulduz” ordeni və Azərbaycan Rcspublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Doğulduğu Daşkəsən kəndində dəfn edilmişdir.

Oxuduğu kənd orta məktəbi onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR