Slimfit
  1. AZƏRBAYCAN

Vüqar Bayramov: Bu tarixdən dollara tələb yüksələ bilər

Vüqar Bayramov: Bu tarixdən dollara tələb yüksələ bilər
Sakura

Vüqar Bayramov: Bu tarixdən dollara tələb yüksələ bilər

Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da yenə də əvvəlki aylar ilə müqayisədə yüksəkdir- deyə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun fikrincə öncədən proqnozlaşdırdıqları kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq.

Belə görsənir ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil.

Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələb yenidən yüksələcəyi gözlənilir.

 

Mənbə : Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR