Slimfit
  1. TƏBİƏT

Vulkan

Vulkan
Sakura

Vulkan

Vulkan (lat. Vulcanus) — yer qabığın­dakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaq­larından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur.

Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.

Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür.

Vulkanla məşğul olan elmə vulkanologiya deyilir.

Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər.

Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı formalı maqma 50 km dərinliyinə yığılır. Təzyiq çoxaldıqca maqma yarıqlarla hərəkət edərək litosferə daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir.

Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm də bərk və qaz halında olan maddələr xaricə çıxır. Əksər hallarda vulkanlar konus şəklində olurlar. Vulkanın forması başqa şəkillərdə də ola bilər.

Püskürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o min illər boyu "mürgüləyir". Bu zaman vulkanın özündə və ətrafında olan ərazilərdə maqmatik özəyinsoyuması ilə müşaiət olunan aktivlik saxlanılır. Belə adlanan, postvulkanik dövr baş verir. Buraya fumarol, term, qeyzerləri misal göstərmək olar.

 

Formaları

  • Qalxanvari vulkan;
  • Gunbəzi vulkan;
  • Qatlı vulkan;
  • Mürəkkəb vulkan.

Qeyzer:vulkan püskürməsi nəticəsində yerin altından təzyiqlə çıxan su ya deyilir. İslandiyada,Yeni Zelandiyada bununla evləri qızdırırlar.

 

Növləri

  • Sönmüş vulkanlar;
  • Fəaliyyətdə olan vulkanlar.

 

Vulkanik dağlar

Vulkanik dağlar dedikdə vulkanların fəaliyyəti nəticəsində yaranan relyef formaları nəzərdə tutulur. Vulkanlar sönmüş və fəaliyyətdə olan qruplara bölünür. Dünyada 600-dən çox fəaliyyətdə olan vulkan var. Bunlardan 400-ə qədəri Sakit okean hövzəsində yayılmışdır. Bu əraziyə Sakit okean "odlu qurşağı" deyirlər. Fəaliyyətdə olan vulkanların ikinci geniş yayıldığı areal Aralıq dənizi və Mərkəzi Amerika sahilləridir. Fəaliyyətdə olan vulkanlar Kaynozoy erasının cavan qırışıq dağları arasında yayılmışdır. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyaylyako (6723 m) dağıdır. Havay adaları vulkanik mənşəlidir. Burada Manua-Kea dağı var. Bu dağın dəniz səviyyəsindən hündürlüyü 4200 metrdir. Dəniz suyunun altında isə dağın 5840 metr hissəsi qalır. Dəniz səviyyəsinəzərə alınmasa bu dağ dünyanın ən hündür dağı olardı.

Dünyada vulkanik yolla əmələ gəlmiş və sönmüş vulkan hesab olunan yüzlərlə dağ var. Elbrus, Kazbek, Ağrı dağı, Dəmavənd, Mak-Kinli və s. bunlara aiddir. Dünyada ən yüksək sönmüş vulkanik dağ Cənubi Amerikadakı Çim-Boraso`dur.

Yalançı vulkanlar (palçıq vulkanları) palçıq püskürür. Azərbaycanda ən böyük yalançı vulkan Qarabağda yerləşən Toroğay vulkanıdır. Uzunluğu 402 metrdir.

 

Ən böyük vulkan püskürmələri

XXI əsr

  • 2010-ci il, 21 mart — İslandiya, Eyyafyatlayokudl vulkanı.

 

XX əsr

  • 1902-ci il, 8 may — ada Martinika, Mon-Pele vulkanı. 
  • 1902-ci il, 24 oktyabr — Qvatemala, Santa-Mariya vulkanı. 
  • 1911-ci il, 30 yanvar — Filippin, Taal vulkanı.
  • 1931-ci il, 13-28 dekabr — İndoneziya, Yava adası, Merapi vulkanı. 
  • 1944-cü il — İtaliya, Vezuvi vulkanı. 
  • 1944-ci il, iyun — Meksika, Parikutin vulkanı. 
  • 1951-ci il, 21 yanvar — Yeni Qvineya, Laminqton vulkanı. 
  • 1956-ci il, 30 mart — SSRİ, Kamçatka yarımadası vulkanı, adsız vulkan. 
  • 1980-ci il, 18 may — ABŞ, Vaşinqton ştatı, Sennt-Helens vulkanı. 
  • 1982-ci il, 29 mart — Meksika, El-Çiçon vulkanı. 
  • 1985-ci il, 14-16 noyabr — Kolumbiya, Nevado-del-Ruis vulkanı. 
  • 1991-ci il, 10-15 iyun — Filippin, Luson vulkanı, Pinatubo vulkanı.
  • 1997-ci il, 30 iyun — Meksika, Popokatepetl vulkanı. 
  • 2000-ci il, 14 mart — Rusiya, Kamçatka, adsız vulkan və başqaları.

 

İncəsənətdə

Təsviri incəsənətdə

  "Pompeyin axırıncı günü" (Karl Brüllov)

 

Maraqlı Məlumatlar

  • Lava Sudan 90-qat daha qatıdır.
  • Lavanın saatda sürəti 90/km-dir.
  • Lava 1500-2000°c isti olur.
  • Lavanın soyuyub maqmatik süxura dönməsi üçün 594°c soyumalıdır.
  • Maqmatik süxur, Maqmanın soyuması nəticəsində alınan daş (süxur).
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR