Dərc edildi: Baxış sayı: 564
Vozniyakdan şok çağırış: Dərhal Feysbuku silin
Əpl (Apple) şirkətinin qurucularından sayılan Stiv Vozniyak bütün dünyadakı Feysbuk istifadəçilərinə sosial şəbəkədəki hesablarını silmələri ilə bağlı çağırış edib.
Axar.az xəbər verir ki, Vozniyak Feysbukda müşahidə olunan gizlilik probleminin əslində bilinəndən daha böyük olduğunu vurğulayıb.
Onun sözlərinə görə, istifadəçilər belə bir təhlükəsizlik riskini gözə almamalıdır.
“Hazırda telefonumun dinlənmədiyini kim deyə bilər ki? İstifadəçilər şəxsi həyatlarını qorumaq üçün Feysbuk hesablarını silməlidir”, - Vozniyak bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət