Dərc edildi: Baxış sayı: 532
"Vorskla"nın iki futbolçusu Ukraynada rəmzi "11-liy"ə seçilib
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Vorskla" klubunun 2 futbolçusu Ukrayna Premyer Liqasının XII turunun oyunlarından sonra həftənin rəmzi "11-liy"inə seçilib.
"Report" Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Poltova təmsilçisinin heyətində müdafiəçilər Vladimir Çesnakov və İqor Perduta heyətdə yer alıb.
"Vorskla" Premyer Liqanın son turunda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olub və 18 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət