Slimfit
  1. İDMAN

"Vorskla"nın gürcüstanlı futbolçusu "Qarabağ"a qarşı hər iki oyunu buraxa bilər

"Vorskla"nın gürcüstanlı futbolçusu "Qarabağ"a qarşı hər iki oyunu buraxa bilər
Sakura

"Vorskla"nın gürcüstanlı futbolçusu "Qarabağ"a qarşı hər iki oyunu buraxa bilər

 “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunun futbolçusu Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunacaq.

“Report” zbirna.com nəşrinə istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi aldığı zədənin xroniki zədəyə çevrilməməsi üçün əməliyyat olunub tam sağalaraq meydanlara qayıtmaq istəyir.

Əməliyyatdan sonra sağalma prosesinin 6-8 həftə çəkəcəyi proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 31 yaşlı oyunçu ilin sonuna qədərki bütün matçları buraxa bilər. Belə olacağı halda, Kobaxidze “Vorskla”nın “Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.

Qeyd edəkl ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Ukraynanın Poltava şəhərində təşkil olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR