Slimfit
  1. İDMAN

“Vorskla” Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər

“Vorskla” Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər
Sakura

“Vorskla” Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər

UEFA Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alan “Vorskla” klubu Ukrayna Premyer Liqasından kənarlaşdırıla bilər.

Report” xəbər verir ki, bu barədə 2+2 telekanalında yayımlanan “Profutbol” proqramının aparıcısı İqor Tsıqanik “Tsıqanik Live”nin efirində bildirib.

Onun sözlərinə görə, buna səbəb Poltava təmsilçisinin futbolçularına olan borclarıdır.

“Vorskla” oyunçularına 6 aydır maaş verə bilmədiyi üçün kluba 2019/2020 mövsümündə Ukrayna Premyer Liqasında iştirakdan ötürü lisenziyanın verilməməsi ehtimalı var. Poltavalılar cari mövsümün startı ərəfəsində də oxşar problemlə üzləşib. Ancaq həmin vaxt Ukrayna Premyer Liqasında 3-cü yeri tutan və Avropa Liqasına vəsiqə qazanan komandanın futbolçuları kluba qarşı heç bir maliyyə tələblərinin olmadığını təsdiqləyən sənədə qol çəkiblər. Hazırda isə onların eyni şeyi etməyə hazırlaşmadıqları bildirilir.

Qeyd edək ki, "Vorskla" "Qarabağ"a Bakıda 1:0 hesabı ilə qalib gəlsə də, Poltavada eyni hesabla uduzub. Hər iki komanda E qrupunu 3 xalla 3-4-cü pillələrdə başa vurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR