Volvo, ən çox satan modelini Çindən çıxarır
Volvo avtomobil şirkəti ən çox satılan SUV modelinin istehsalını, ABŞ-ın Çindən həyata keçirilən idxala tətbiq etdiyi yeni gömrük rüsumlarından yayınmaq üçün Avropaya köçürəcək.
"Marja" xəbər verir ki, Volvo-nun İcraçı direktoru Hakan Samuelsson etdiyi açıqlamada, Amerika bazarı üçün istehsal edilən XC60 SUV modelinin yeni vergilərə məruz qalmaması üçün Avropada istehsal ediləcəyini söyləyib. XC60 Volvo-nunən çox satılan modelidir.
Həmçinin Samuelsson, Volvo-nun ilin ikinci yarısındakı əməliyyat gəlirinin 29 faiz artım göstərdiyini bildirib.
Çinli "Geely" ilə birgə olan Volvo hələ də yığcam XC60 modelini Avropalı alıcılar üçün İsveçdə, Çin və ABŞ daxil digər bazarlar üçün isə Çində istehsal edir.
Samuelsson, "Burada yer dəyişdirib, ABŞ üçün istehsal etdiyimiz XC60-ları Avropadakı zavoda istehsal edəcəyik. Çində isə digər bazarlar üçün avtomobillər istehsal ediləcək" deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət