Slimfit
  1. DÜNYA

Volodin: “Gürcü şərabı olmadan da keçinə bilərik”

Volodin: “Gürcü şərabı olmadan da keçinə bilərik”
Sakura

Volodin: “Gürcü şərabı olmadan da keçinə bilərik”

Rusiya Dövlət Duması hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılması və müvafiq təklifin prezidentə təqdim edilməsini tövsiyə edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dumanın bununla bağlı qəbul etdiyi bəyanatda Gürcüstana tətbiq ediləcək iqtisadi sanksiyaların şərab və qazlı suların idxalına, maliyyə və xarici iqtisadiyyat əməliyyatlarına, turizm fəaliyyətinə və gömrük rüsumlarına aid ola biləcəyi bildirilib.

Qeyd olunub ki, buna səbəb Gürcüstanda ard-arası kəsilməyən antirusiya təxribatlarıdır.

“Radikal gürcü qüvvələrin açıq hücumları ikitərəfli münasibətlərimizin gələcəyini deqradasiyaya aparır. İqtisadi məhdudlaşdırmalar müvəqqəti xarakter daşıyacaq və Rusiyanın maraqlarının müdafiəsinə, ölkənin təhlükəsizliyinin təminatına istiqamətlənən digər tədbirlərdən asılı olmayaraq tətbiq olunacaq”, - bəyanatda vurğulanıb.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, Rusiyaya hörmətli münasibət naminə şərabdan vaz keçmək olar: “Gürcü şərabını dadmaq imkanım olanda, imtina etmirəm. Lakin, mən, mənim yaxınlarım gürcü şərabı və suları olmadan da keçinə bilərik. Bizim möhtəşəm Rusiya şərablarımız var, sizə tövsiyə edirəm”.

V. Volodin Rusiyanın Gürcüstana pul köçürmələrinin həcminə görə birinci yerdə olduğunu, 2018-ci ildə bu rəqəmin 641 milyon dollar olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.

Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.

Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR