Slimfit
  1. DÜNYA

“Volkswagen” şirkəti robot-yanacaq dolduran təqdim edib

“Volkswagen” şirkəti robot-yanacaq dolduran təqdim edib
Sakura

“Volkswagen” şirkəti robot-yanacaq dolduran təqdim edib

Almaniyanın “Volkswagen” avtokonserni maşın sahiblərinin çağırışı ilə elektrik avtomobilinə yanacaq dolduran robotun konseptini təqdim edib.

Robotu yeraltı və yerüstü dayanacaqlarda park edilmiş tətbiqin köməyi ilə çağırmaq mümkündür.

Ultrasəs sensorları və kameralarla təchiz olunmuş robotun mobil-qoşqu enerji daşıyıcısı vardır  və bu 25 kVt-a kimi tutumu olan aparatla elektrik avtomobilinə yaxınlaşıb avtonom rejimdə maşının batareyasını doldurur. Robot iki daşıyıcıdan istifadə edə  və batareyanı 50 kVt-a kimi doldura bilər.

Zamanla  Almaniyada bütün dayanacaqlar (yeraltı və yerüstü) belə robotlarla təmin olunacaqlar.

“Mobil enerji robotu elektrik avtomobillərinin enerji ilə təminatında inqilabi yenilik olacaq. Artıq evdə enerji stansiyalarına ehtiyac qalmayacaq” deyə, “Volkswagen Group” un komponentlərin hazırlanması bölməsinin rəhbəri Mark Meller bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR