Dərc edildi: Baxış sayı: 690
Volkswagen Lavida Plus elektrik sedanını hazırladı
“Volkswagen” şirkəti yeni elektrik sedanı Lavida Plus üzərində işlərin tamamlanmasını elan edib.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, modelin ilk nümayişi bu ilin yazında Pekində keçirilən beynəlxalq avtosalon çərçivəsində baş tutub. Yeni sedan MQB platformasında inşa edilib. Bundan əlavə, bu modelin elektrik quraşdırılması 136 at güc alıb.
Həmçinin göstərilib ki, elektrik sedan 278 km gediş ehtiyatına malikdir, hərəkətin sürəti isə saatda 150 km-lə məhdudlaşdırılır.
Batareyanın tam doldurulması, təxminən, 5,5 saat çəkəcək. İstehsalçı gələcək yeni modelə olan marağı əhəmiyyətli dərəcədə artırmaq üçün onu qabaqcıl variantlarla təmin edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət