Slimfit
  1. AVTO VƏ MOTO

VOLKSWAGEN AG

VOLKSWAGEN AG
Sakura

VOLKSWAGEN AG HAQQINDA

Volkswagen (alman dilindən tərcüməsi "xalq avtomobili") - Volkswagen AG konserninə məxsus Alman avtomobil markasıdır. Mənzil-qərargahı və Volkswagen avtomuzeyi Volfsburqda yerləşir.
 
"Volkswagen" konserninin tarixi Berlində yerləşən "Kayzerhof" (alm. Kaiserhof) otelinin zallarından birində 1933-cü ilin payızında başlayıb. Həmsöhbətlər 3 nəfər idi: Adolf Hitler (alm. Adolf Hitler), Yakob Verlin (alm. Jacob Werlin), "Daimler-Benz"-in nümayəndəsi və Ferdinand Porşe (alm. Ferdinand Porsche). Hitler tələb irəli sürdü: Alman xalqı üçün möhkəm və etibarlı, dəyəri 1000 reyxsmarkdan çox olmayan avtomobil yaratmaq lazımdır. Həmçinin, avtomobil yeni Almaniyanı təmsil edən, zavodda yığılmalı idi. Hitler kağız vərəqdə eskiz tərtib etdi, proqramın əsas məqamlarını müəyyənləşdirdi və konstruktorun adının deyilməsini istədi, kim hökumət sifarişin icrasına görə məsuliyyət daşıyacaq. Yakob Verlin Ferdinan Porşenin namizədliyini təklif etdi. Gələcək avtomobili belə də adlandırdılar - "Volks-Wagen" ("xalq avtomobili").
 
Almaniya Reyhskanselyariyası üçün əvvəllər Porsche Typ 60 bazasında yaradılmış "xalq avtomobilinin" çertyojlarını Ferdinand Porşe (dünya şöhrətli Porsche AG alman avtomobil şirkətinin banisi) 17 yanvar 1934-cü ildə göndərdi. Həmin il tanınmış alman konstruktoru Ferdinand Porşe, milli-sosialist Almaniya hökumətindən müasir minik avtomobilinin hazırlanması üçün sifariş aldı.
 
Və artıq 1935-ci ildə bu maşın quraşdırılmışdır. İki illik sınaqlardan sonra 1937-ci ildə VW30 seriyası buraxıldı, 1938-ci ildə isə avtomobil bir çox nəsillər üçün tanış xarici görünüş aldı. Volkswagen-i konstruktorlar, mühəndislər və sürücülər dərhal qiymətləndirdilər. Onun haqqında danışmağa başladılar, çoxsaylı yazılar peyda oldu, New York Times-ın 1938-ci il məqaləsində Volkswagenin zahiri oxşarlığını "böcəyə" oxşatdılar. Bu ləqəbə o qədər öyrəşildi ki, avtomobilin vizit kartı oldu.
 
26 may 1938-ci ildə "xalq avtomobili"nin istehsalı üçün Volfsburq şəhərində Volkswagen iri Avropa avtomobil zavodunun tikintisinə başlandı. Amma başlamış müharibə bu avtomobilin buraxılmasına mane oldu. Cəmi 12 ədəd istehsal edilmişdir. Avtomobil faşist bonzalarının çox xoşuna gəlirdi. Onunla Hitler özü məmnuniyyətlə gəzirdi.
 
II dünya müharibəsi zamanı Volkswagen tikinti işləri dayandırıldı, tam tikilməmiş zavod isə hərbi məhsulların istehsalına yönləndirildi.
 
Müharibə qurtarandan sonra müəssisə Volfsburqun işğal zonasında olduğu üçün ingilislərin nəzarəti altına düşdü. 1945-ci ilin payızında ingilis hakimiyyəti zavoda 20 min avtomobil sifariş verdilər. Ancaq avtomobilin seriyalı istehsalı təxminən on il sonra onun ilk modifikasiyası ilə başladı. Volkswagen 1947-ci ildə Hannoverdə ixrac yarmarkasına çıxarıldı və özünə böyük diqqət cəlb etdi. Zavod Hollandiyadan, min avtomobil üçün ilk əcnəbi sifariş aldı, 1948-ci ildə isə İsveçrə, Belçika, İsveç və digər ölkələrdən sifarişlər daxil oldu.
 
1948-ci ilin yanvarında Volkswagen rəhbərliyi dəyişdi, onun baş direktoru, yeni alman texnokrat (mühəndislik və texnologiya sahəsində yüksək ixtisaslı mütəxəssis) nəslinin nümayəndəsi Henrix Nordhoff oldu. Yenilənmiş rəhbərlik diplomlu, avtomobil zavodlarında işləmək üçün beynəlxalq təcrübəyə malik və qeyri-standart düşünməyi bacaran mühəndislərdən ibarət idi. Onların gəlişi ilə avtomobil təkmilləşdirildi və müasirləşdirildi. 1949-cu ildə yeni tip banlı modellər buraxılmağa başladı - kabriolet və limuzin. Salonun avadanlığının seriyalı istehsalı daha rahat oldu, qismən uyğunlaşdırılmış mühərrikin quraşdırılması istehsal olundu.
 
Avtoxidmət şəbəkəsi və texniki xidmət stansiyaları yaradıldı. Daimia qərb müştəriləri ilə işlər aparılırdı. Volkswagen avtomobillərin güclü satışı şəbəkəsini yaratdı.
 
1948-ci ilin sonuna qədər dünya şöhrətini almış avtomobilin ixracı təxminən 50 min avtomobil, daxili bazarda isə təxminən 15 min ədəd satıldı.
 
Bu vaxtadək də İngilis müttəfiqlərinin nəzarətindən azad oldu və 6 sentyabr 1949-cu ildə Volkswagen tamamilə Almaniyanın Federativ Respublikasına təhvil verildi.
 
Zavodun inkişafının yeni mərhələsi başlandı, hansı ki, istehsalın intensiv artımı və satışların artması hər şeydən əvvəl qeyd olunurdu.
 
1950-ci ilədək 100 min avtomobil, 1951-ci ilədək 500 min avtomobil buraxıldı. 5 avqust 1955-ci ildə Volkswagen 2-in milyonuncu versiyasının buraxılması ilə əlaqədar təntənəli bir mərasim oldu. Həmin vaxtlar almanların həyatında Volkswagen ilə əlaqəli məşhur şüar yaranır - "O mənim ailə üzvümdür".
 
İllərlə sınaqdan çıxmış etibarlı və əlverişli qiymət avtomobilin ixrac imkanlarını gücləndirdi. Volkswagen artıq dünyanın 150 ölkəsində satılır. Xaricdə törəmə şirkətləri yaranır - 1953-cü ildə Braziliyada, 1956-cı ildə CAR-da, 1957-ci ildə Avstraliyada 1964-cü ildə Meksikada və digər ölkələrdə Meksikada (burada 1998-ci ildən hollivud ulduzlarının əsil mövsüm hitinə çevrilmiş"böcək" buraxılır).
 
1955-ci ildə standart Volkswagen-1200-ün ilk modifikasiyası Karmann-Ghia idman kupesinə çevrildi, onun markası onu yaradan firmaların adlarından ibarət idi: banı italiyan şirkəti "Ghia" nəzərdə tuturdu, Osnabryukdakı "Karmann" alman ban firmasında isə yığılmışdır. 1961-ci ildə sedan banlı, gücləndirilmiş iş həcmli mühərriklə təchiz edilmiş yeni Volkswagen-1500 buraxıldı.
 
1965-ci ildə Volkswagen "Daimler - Bents" şirkətindən Volkswagen-Audi konsernini yaradaraq Audi firmasını aldı, qısaldılmış VAG kimi tanınır. Sonradan onun tərkibinə ispan firması "SЕАТ" və çexi zavodu "Şkoda" daxil oldu. Hazırda "Audi AG" "Volkswagen" konserninin törəmə şirkətidir, hansı ki, tam sərbəstlik verilib.
 
1968-ci ildə işçi həcmi 1679 kub/sm olan hava soyutma mühərrik birliyin ilk nəticəsi oldu. Model alıcılar tərəfindən çox təmkinlə qəbul edildi. 1969-cu ildə NSU firması ilə birləşdikdən sonra, "К-70" indeksi alan ilk önötürücülü Volkswagen yarandı. Onu işçi həcmi 1594 və ya 1795 kub.sm malik mühərriklər ilə əldə etmək olardı. 1969-1975-ci illərdə Porsche firması ilə əməkdaşlıq zamanı 4 və 6 silindrli, 1679 və 1991 kub.sm mühərrikli Volkswagen-Porsche-914 idman avtomobili buraxılırdı. 1970-ci ildə müharibə dövrünün ordu maşınlarını xatırladan, açıq banlı VW-181 meydana gəldi. Onun inkişafı ilə 1979-cu ildə tamötürücülü yüngül ordu avtomobili lltis oldu.
 
Volkswagenin yeni nəslinin banisi 1973-ci ildə buraxılmış önötürücülü Passat hesab olunur. O, 1297-dən 1588 kub.sm.dək işçi həcminə malik mühərriklərlə təklif olunurdu. Növbəti il idman Scirocco 1093-dən 1588 kub.sm.dək mühərrikli, 3 qapılı Scirocco, həmçinin kompakt 3 və 5 qapılı heçbek Golf yarandı. Buraxılışın ilk 30 ayı ərzində Avropada Volkswagen avtomobillərinin ən iri istehsalçılardan biri edərək, 1 milyon Golf maşını konveyerdən çıxdı. 1979-cu ildə yüksək tələbata malik kabriolet Golf yarandı.
 
1974-cü ildə yaranmış Golf I modeli, daha uğurlu oldu: müasir, qənaətcil, etibarlı, məhz bu model beynəlxalq bazarı canlandıra bilərdi. Golf kompakt avtomobil istehsalında rəqabətin yeni bir mərhələsini qeyd etdi, demək olar, rəsmən adı "qolf-sinfi" adlandırıldı. Əgər 1973-1974-ci illərdə yeni modellərinin işlənməsi zamanı konsernin ziyanı 800 milyon alman markasını ötmüşdürsə, 1975-ci ildə onlara olan böyük tələbat hesabına artıq bütün itkiləri ödəyə bilmişdir. Golf I buraxılışından cəmi 3 il sonra bu markanın milyonluq avtomobili istehsal olunmuşdur. 1983-cü ildə Golf II, səkkiz il sonra isə, 1991-ci ildə Golf III işıq üzü gördü. İyirmi üç il ərzində buraxılışın əvvəlindən 17 milyon Golf üç nəsil buraxılıb. 1995-1996-cı illərdə Golf III Avropada satış sayına görə liderlik edirdi. 1997-ci ildə yeni Golf IV debütü oldu, ilk günlərdə 60 mindən çox sifariş qəbul olundu.
 
1975-ci ilin əvvəlində Golf-un "kiçik qardaşı"nı - analoji Audi-50 avtomobili konstruksiyalı və 895-1272 kub.sm iş həcminə malik mühərriklərl 3 qapılı Polo təqdim edildi. Ucuz və əlverişli Polo da çox məhşur oldu və Volkswagenin maliyyə vəziyyətini möhkəmləndirdi. Polo bazasında üçhəcmli variantda sedan banlı Derby təklif olunurdu.
 
1980-ci ildən Golfun bazasında 4 qapılı, sedan banlı Jetta modeli istehsal olunurdu. 1992-ci ildə Vento adlandırılan analoji maşın (artıq üçüncü nəsil Golf şassisində) ilə əvəz edilmişdir.
 
1981-ci ildə Passat və Scirocco modernləşdirilmişdir, bir il sonra isə Passatın bazasında Santana sedanı yarandı, ilk dəfə olaraq işçi həcmi 1994 kub.sm, 5 silindrli benzin S mühərriklə təchiz edilmişdir.
1988-1995-ci illərdə yeganə Scirocconun varisi, 3 qapılı kupe Corrado hazırlanırdı.
 
1993-cü ildən kabriolet və universal ban ilə Variant modelinin üçüncü nəsil maşınlarının şassisində istehsal etməyə davam edirlər. Variant Syncronun 2 modeli 2,0 və 2,9 litrlik mühərriklər ilə tamötürücülü şassiyə malikdirlər.
 
1994-cü ildən üçüncü nəsil Polo yığcam modeli istehsal olunur. Banı 3 və 5 qapılı heçbek, Polo Classic sedanı və 5 qapılı Variant universalı. İşçi həcmi 1,0-1,9 litr olan 4 silindrli, 50-101 at gücü benzin və dizel mühərrikləri təşkil edir.
 
Birinci nəsil komfortlu Vento ailəsi 4 və 6 silindrli, 75-174 at gücü, 1,6-2,8 litr mühərriklərlə təchiz olunur.
 
Yüksək tutumlu universal Sharan modeli 1995-ci ildən istehsal olunur. Güclü benzin və dizel mühərrikinin işçi həcmi 1,9-2,8 litr həcmində 90-174 at gücü təşkil edir.
 
1996-cı ildə Passat beşinci nəsil modelləri ailəsi təqdim olunmuşdur. 1988-ci ildən buraxılan əvvəlki maşınlardan fərqli olaraq, onlar yenidən birtipli Audi "А4" və "А6" modelləri ilə unifikasiya edildi. BBu, daha güclü və müasir Audi güc aqreqatlarının uzununa yerləşdirmə imkanı verdi. Bir neçə Variant modellərinin Syncro komplektləşdirməsində tamötürücülük şassisi var.
 
Meksika filialı, "Böcək" tipli 44 at güclü, 1.6 litrlik mühərriklə təchiz olunmuş "1,6i" modellərinin istehsalını davam edir, 1998-ci ilin əvvəlindən isə zahirən tanınmış "Böcəyi" xatırladan, Golf modeli şassisində hazırlanan, öntürücülü "Bitl"ın (Beetle) buraxılışı başlandı.
 
1999-cu ildə komfortlu sedan BORA modeli yarandı.
 
2000-ci ildən "Sharan"ın yeni nəslinin istehsalına başlanılıb; 2001-ci ildə VW Polo yenilənmiş istehsalına başlanılıb. T4 tipli mikroavtobuslar 2002-ci ilədək konveyerdən çıxdılar. Bu vaxtacan 8,5 mln. VW Transporter avtomobili buraxılıb.
 
2002-ci ildə Volkswagen Golf Cabriolet istehsaldan çıxarıldı. Həmin il lüks sinifli sedan Volkswagen Phaetonun, həmçinin 5 qapılı Volkswagen Touareg markalı avtomobili buraxmağa başlayır.
 
2003-cü ildə VW şirkətinin Meksika filialı Beetle avtomobilinin istehsalını dayandırdı. Həmin il T5 avtomobilinin istehsalına başlanıldı. Hazırda VW T5 modelinin bazasında aşağıdakılar buraxılır: Volkswagen California, Transporter, Caravelle və Multivan.
 
2003-cü ildə VW Golf V platformasında qurulmuş 5 qapılı Touran miniveninin və Volkswagen New Beetle kabrioletinin istehsalına başlanıldı. Həmçinin T5 platformasına qoyulmuş Multivan yeniləndi. 2004-cü ildə Caddy III 4 qapılı miniveninin və 5 qapılı Volkswagen Polo Fun heçbekinin istehsalı başlandı.
 
2005-ci ildə BORAnın buraxılışı dayandırıldı. Onun əvəzinə indi JETTA buraxılır. Həmçinin 2005-ci ildə Gol III universalının buraxılışı da dayandırıldı. Onun əvəzinə VW Gol IV universalı və eyniadlı pikap buraxılır. Həmin ildə 3 və 5 qapılı Volkswagen Fox heçbekinin buraxılışı və VW Polo-nun yenilənməsi başladı.
 
2005-ci ildə şirkət Lupo-nun buraxılışını dayandırdı. 2009-cu ilin sonunda Volkswagen, VW Luponu əvəz edən yeni Volkswagen up avtomobilini təqdim etməyi planlaşdırır. Həmin il Volkswagen Golfplus istehsalına başlanıldı. Volkswagen New Beetle və kabriolet VW New Beatle Cabrio yeniləndi.
 
2006-cı ildən şirkət Volkswagen EOS kupe-kabrioletlərinin istehsalına başladı. Avtomobil mükəmməl sərt yığılan dama malikdir. Avtomobilin damı 25 saniyəyə açılıb - yığılır. Yük yerinin həcmi 380 litrdir. Bütün müasir kabrioletlər kimi, Eos da sərnişinlərin mexaniki mühafizəsi ilə təchiz olunub - lazım olduqda, sərnişinlərin arxasında 0.25 saniyəyə güc ştanqası görünür.
 
2007-ci ildən şirkət Volkswagen Tiguan krossoverinin buraxılışına başlayıb, üç komplektləşdirmədə buraxılır: Trend&Fun, Sport&Style, Track&Field. Həmçinin 2007-ci ildə restaylinqdən sonra Touareg və yeni nəsil Golf Variant yarandı. İki model də yeniləndi: Golfplus və Touran, hansı ki, onlar indi müvafiq olaraq Volkswagen CrossGolf və Volkswagen CrossTouran adlanırlar.
 
2008-ci ildə 3 qapılı Scirocco və 4 qapılı VW Passat CC kupelərinin istehsalı başlanılıb. 3 və 5 VW Golf heçbeki yenilədi.
 
2015-ci ildə Volkswagen konserni Kaluqada Volkswagen benzin mühərriklərini istehsal edən zavod açdı. Zavodda 1.6 litrlik atmosfer mühərrikləri sıfırdan yığılacaq.
 
2018-ci ildə yeni Volkswagen Touareg (üçüncü nəsil) Pekin -2018 avtosalonu çərçivəsində təqdim edildi. Güc aqreqatları qammasında yeni 2,0 və 3,0 litr həcmli benzin və dizel mühərrikləri ilə təchiz olunub . Bundan başqa, maşının hibrid versiyası da olacaq.
 
Volkswagenin Braziliyada, Meksikada, Argentinada və Çində olan bir neçə müəssisəsi Avropa məhsullarından fərqli olaraq bir sıra modelləri istehsal edirlər. Onlar arasında əvvəlki nəsillərin Golf və Passat modelinin şassisi üzərində yaradılan "Qol" (Gol), "Parati" (Parati) və "Santana"modelləri var.
 
Hal-hazırda Volkswagen satış həcminə görə, dünyada ən iri konsernlərindən biridir, dünyanın 15 ölkəsində zavodları var, beş ticarət markası altında Volkswagen, Audi, Skoda, SEAT məhsularını buraxır. 1998-ci ildən "Rolls-Roys" markası konsernə məxsusdur. Minik avtomobillərinin başqa zavod, mikroavtobusların, yük maşınlarının buraxılışını həyata keçirir. Volkswagen konserninin tərkibinə daxildir: Volkswagen AG, Audi AG, "SЕАТ S.A", "Volkswagen-Saksoniya GmbH", "Şkoda automobilova".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR