Slimfit
  1. SİYASƏT

Volfqanq Maniq: 'Azərbaycana səfir gəlməyimdə bəxtim gətirib'

Volfqanq Maniq: 'Azərbaycana səfir gəlməyimdə bəxtim gətirib'
Sakura

Volfqanq Maniq: 'Azərbaycana səfir gəlməyimdə bəxtim gətirib'

“Azərbaycana ilk dəfə 1994-cü ildə gəlib Bakı ilə tanış olmuşdum”.

Report” xəbər verir ki, bunu mətbuat konfransında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq deyib.

O, ilk dəfə Bakıda 1994-cü ildə olduğunu, o vaxtdan paytaxtın tanınmaz dərəcədə dəyişdiyini qeyd edib: “1992-1994-cü ildə Almaniya XİN-də keçmiş SSRİ ərazisindəki böhranlı bölgələrin monitorinqilə məşğul olan şöbədə çalışırdım. O zaman ilk dəfə Azərbaycana gəldim. Əlbəttə ki, Bakı tanınmaz dərəcədə dəyişib. Azərbaycana səfir yerinin boş olduğunu öyrənəndə çox sevindim və dərhal ərizə verdim. Çox sayda namizəd arasında seçildiyimdə bəxtim gətirib”.

Xatırladaq ki, bu il sentyabrın 23-də Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR