Dərc edildi: Baxış sayı: 423
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Rusiya klubları ilə qarşılaşacaq
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub.
"Report" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün vətənə dönən komanda dünya çempionatına hazırlığın son mərhələsini yoldaşlıq görüşləri ilə davam etdirəcək.
Yığma Rusiyanın "Uralıçka" və "Dinamo" (Krasnodar) klubları ilə ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət