Slimfit
  1. İDMAN

Voleybol üzrə Azərbaycan millisi Çin yığmasına uduzub

Voleybol üzrə Azərbaycan millisi Çin yığmasına uduzub
Sakura

Voleybol üzrə Azərbaycan millisi Çin yığmasına uduzub

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ikinci oyununu keçirib.

“Report” xəbər verir ki, yığma Osaka şəhərində Çinlə qarşılaşıb. Görüş Faiq Qarayevin baş məşqçi olduğu komandasının məğlubiyyəti ilə yekunlaşıb – 0:3. İlk və son setlərdə 17:25, ikinci setdə 16:25 hesablı nəticə qeydə alınıb.

F qrupunda II tur çərçivəsində Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə yenib. Tura Bakı vaxtı ilə saat 14:20-də start götürəcək İtaliya - Tailand matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR