Slimfit
  1. İDMAN

Voislav Stankoviç: “Obradoviçin Azərbaycan millisi ilə müsbət nəticə qazanacağına inanıram"

Voislav Stankoviç: “Obradoviçin Azərbaycan millisi ilə müsbət nəticə qazanacağına inanıram"
Sakura

Voislav Stankoviç: “Obradoviçin Azərbaycan millisi ilə müsbət nəticə qazanacağına inanıram"

 “Obradoviçlə “Partizan”da birgə oynamışıq. Futbolçu kimi çox yaxşı idi, müdafiənin mərkəzində və cinahda çıxış edirdi”.

Bunu “Report”a “Qəbələ” klubunun serbiyalı müdafiəçisi Voislav Stankoviç həmyerlisi Milan Obradoviçin Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə baş məşqiçi təyinatına münasibət bildirərkən deyib. Əyalət təmsilçisinin mərkəz müdafiəçisi deyib ki, 42 yaşlı mütəxəssisin yeni vəzifəsində müsbət nəticələr əldə edəcəyinə inanır: “Obradoviçin məşqçi kimi də yaxşı olacağını düşünürəm. İnanıram ki, burada işi alınacaq və Azərbaycanın gənclər yığması ilə müsbət nəticələr qazanacaq. Onu daha çox futbolçu kimi tanıyıram. Hazırda gənc mütəxəssisdir. Nəticə qazana bilsə, baş məşqçi kimi də səviyyəsi yüksələcək. AFFA müxtəlif mütəxəssislər arasında seçim edərək, onu bura gətirib. Yaxşı olacağını fikirləşirəm. Azərbaycanda perspektivili futbolçular var. Onun komandanı formalaşdırmaq üçün düzgün seçimlər edəcəyini düşünürəm. Hər şeyi zaman göstərəcək”.

Qeyd edək ki, Voislav Stankoviçlə Milan Obradoviç 2013/2014 mövsümündə Serbiya “Partizan”ında komanda yoldaşı olublar. Əcnəbi mütəxəssis Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib. O, hazırda “Sabah”da çıxış edən hücumçusu Marko Deviçlə Ukraynanın “Metallist” komandasında da birgə çıxış edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR