Slimfit
  1. İQTİSADİYYAT

VÖEN -ü olmadan fəaliyyət göstərən şəxsdən vergi necə tutulur?

VÖEN -ü olmadan fəaliyyət göstərən şəxsdən vergi necə tutulur?
Sakura

VÖEN -ü olmadan fəaliyyət göstərən şəxsdən vergi necə tutulur?

Fins.az VÖEN olmadan fəaliyyət göstərən şəxslərin vergi öhtəliklərini və həmin şəxslərdən verginin necə tutulduğunu araşdırıb.İqtisadçı-ekspert Rauf Qarayev VÖEN olmadan fəaliyyət göstərən verginin necə tutulmağına aydınlıq gətirərək bildirib ki, "Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin gəlirlərindən vergi Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq hesablanır və dövlət büdcəsinə ödənilir. Vergi Məcəlləsinin 150.3.3-ci maddəsinə əsasən isə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərdən ödəmə mənbəyində vergini tutanlar rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına müvafiq bəyannaməni təqdim etməlidirlər. Misal: 1. I rübdə MMC həyət yani sahəsində olan çəpəri rənglətdirmək istəyir. Bunun üçün o, boyaçı ilə 300 manat müqabilində, görünəcək iş üçün müqavilə bağlayır. Bu halda MMC-nin məsul şəxsi, boyaçı işi görüb bitirdikdən sonra müqavilədə göstərilən məbləğdən 300 x14% = 42 manat vergi tutmalıdır. 2. I rübdə “R.E.Qarayev” MMC ofisi təmir etmək istəyir. Bunun üçün o, ustaya ilə 3000 manat müqabilində görünəcək iş üçün müqavilə bağlayır. MMC-nin məsul şəxsi, usta işi görüb bitirdikdən sonra, müqavilədə göstərilən məbləğdən 350 + (3000-2500) *25% = 475 manat vergi tutmalıdır. Bu məbləğ haqqında aprel ayının 20-nə kimi, vergi orqanına bəyannamə verməlidilər. Bundan əlavə sabit vergi ödəyiciləri də var ki, onların fəliyyəti Vergi Məcəlləsinin 220.10 maddəsi ilə tənzimlənir. Onlar bəyannamə vermirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR