Slimfit
  1. İQTİSADİYYAT

VÖEN-ü olan fiziki şəxslər hansı vergiləri ödəməlidir?

VÖEN-ü olan fiziki şəxslər hansı vergiləri ödəməlidir?
Sakura

VÖEN-ü olan fiziki şəxslər hansı vergiləri ödəməlidir?

Fins.az VÖEN-ü olan fiziki şəxslər hansı vergiləri ödəməli olduğuna aydınlıq gətirir Vergi Məcəlləsinin 6 maddəsinə əsasən 1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; 1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 1.3. əlavə dəyər vergisi; 1.4. aksizlər; 1.5. hüquqi şəxslərin əmlak vergisi; 1.6. hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; 1.7. yol vergisi; 1.8. mədən vergisi; 1.9. sadələşdirilmiş vergi. 2. Bu Məcəllə ilə bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri müəyyən edilir. 3. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri bu Məcəllədə müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər. Bundan əlavə 8 maddəyə əsasən yerli vergilər (bələdiyyə vergiləri) vardır ki, fiziki şəxslərin əmlak vergisi bura aiddir. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Fiziki şəxslər 102.1.30 əldə etdiyi gəlirlərə ay ərzində 75 faiz güzəşt tətbiq olunur. mikro sahibkarlıq subyektləri olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən rüb qutardıqdan sonra 15 gündən gec olmayaraq müvafiq olaraq gəlir və mənfəət vergisi üzrə cari ödəmələrin həyata keçirilməsi zamanı Vergi Məcəlləsi ilə qeyd edilən maddələri ilə 01 yanvar 2019-cu il tarixdən mikro sahibkarlıq subyektlərə tətbiq edilən vergi güzəşti nəzərə alınır. Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilən əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar: - işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər; - topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; -vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla); -qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; -xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər; -bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər. 218.4.1 dedikdə bu Məcəllənin 156-cı (Maddə 156. Könüllü qeydiyyat) maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər. VM 220.10 maddəsi haqqında yazının II hissəsində məlumat verilib. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR