Slimfit
  1. İQTİSADİYYAT

VÖEN-i olanlar 190 manatlıq yardımı ala biləcəklərmi? - AÇIQLAMA

VÖEN-i olanlar 190 manatlıq yardımı ala biləcəklərmi? - AÇIQLAMA
Sakura
:0

VÖEN-i olanlar 190 manatlıq yardımı ala biləcəklərmi? - AÇIQLAMA

“VÖEN-in olması 190 manatlıq yardım üçün neytral xarakter daşıyır. Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyəti üzrə baxılmalıdır”.

Oxu.Az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, bu qaydanın yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır. 

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə əlavə edib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışıb: “Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə razılaşmışıq, VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN sadəcə bir nömrədir. Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyəti quruma müraciət edə bilərlər”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR