Slimfit
  1. SİYASƏT

Vladimir Zelenski: 'Ukrayna ilə Azərbaycanın münasibətləri zamanın sınağından çıxıb'

Vladimir Zelenski: 'Ukrayna ilə Azərbaycanın münasibətləri zamanın sınağından çıxıb'
Sakura

Vladimir Zelenski: 'Ukrayna ilə Azərbaycanın münasibətləri zamanın sınağından çıxıb'

Ukrayna ilə Azərbaycanın münasibətləri zamanın sınağından çıxıb.

Report” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunlarına dair bildirib:

“Münasibətlərimiz zamanın sınağından çıxıb. Müasir tarixin çətin məqamlarında, çox mürəkkəb anlarında həmişə bir-birimizə kömək olmuşuq. Deməli, Azərbaycan Ukrayna üçün etibarlı dost olub, bu gün də elədir və gələcəkdə də belə olacaq. Strateji tərəfdaş da olacağına şübhə etmirəm”.

İki ölkə arasındakı danışıqların qarşılıqlı etimad və səmimiyyət şəraitində keçdiyini qeyd edən Ukraynanın dövlət başçısı hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpası məsələsində bir-birini dəstəklədiklərini vurğulayıb: “Bu istiqamətdə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində çalışmalarımızı davam etdirəcəyik”.

Həmçinin V.Zelenski Azərbaycan-Ukrayna münasibətlərinin gələcəkdə də güclənərək yeni səviyyəyə çıxacağına əmin olduğunu dilə gətirib: “Dövlətlərimiz istər regional, istərsə də dünya miqyasda bir çox məsələlərdə yaxın mövqe tutur. Ona görə də Azərbaycana GUAM-da 2020-ci ildəki sədrliyinin uğurlu keçməsini səmimi qəlbdən arzulayıram”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR