Dərc edildi: Baxış sayı: 541
Vladimir Zelenski Şəhidlər xiyabanını ziyarət edib
Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib.
"Report" xəbər verir ki, burada Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Vladimir Zelenski Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət