Slimfit
  1. SİYASƏT

Vladimir Solovyev: Azərbaycanı sarsıtmaq alınmayacaq

Vladimir Solovyev: Azərbaycanı sarsıtmaq alınmayacaq
Sakura

Vladimir Solovyev: Azərbaycanı sarsıtmaq alınmayacaq

Son illərdə postsovet məkanında uğurlu və o qədər də uğurlu olmayan “narıncı inqilablar” cəhdləri olub. Çox vaxt mediada xüsusi etirazların arxasında xarici qüvvələrin dayandığı barədə məlumatlar yayılırdı. Azərbaycanda “narıncı inqilab” baş verməyib. Ancaq son vaxtlar ölkədəki vəziyyəti sarsıtmağa cəhdlər başlayıb.

Oktyabrın 19-da Bakının mərkəzində razılaşdırılmamış aksiya keçirildi. Mətbuatda belə məlumatlar yayıldı ki, ABŞ səfirliyinin bəzi əməkdaşları birbaşa bu aksiyalarla əlaqəlidirlər. 

ABŞ postsovet məkanında yerləşən ölkələrdə vəziyyəti niyə sarsıtmaq istəyir? Məqsədi nədir? 

Bu suallara Media.Az-a açıqlamasında tanınmış rusiyalı jurnalist, teleradio aparıcısı, yazıçı Vladimir Solovyev cavab verib. 

“Bunun, ümumiyyətlə, baş verməsindən heyrətə gəldim. Bir vaxtlar Azərbaycan Prezidenti İlham Əliyev aydın şəkildə başa düşdü ki, vasitəçilərin daxili siyasətə qarışmaq cəhdlərini dayandırmaq lazımdır. Və bundan sonra xaricdən gələn əhəmiyyətli maliyyə inyeksiyaları dayandırıldı”, - V.Solovyev qeyd edib.

Müsahibimiz əlavə edib ki, xarici qüvvələrə dövlət başçısının həyata keçirdiyi azad siyasət xoş deyil. Buna görə də “əsəblərlə oynamaq” qərarına gəliblər:

“Əminəm ki, bu qərar ABŞ-da ən yüksək deyil, orta səviyyədə qəbul edilib, axı Prezident Donald Tramp da bunun Vaşinqtonun siyasətinə qarşı olduğunu açıqlayıb”.

“Əvvəlki illərin təcrübəsinə güvənərək deyə bilərəm ki, xarici qüvvələr Azərbaycandakı vəziyyəti sarsılda bilməyəcəklər”, - V.Solovyev deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR