Slimfit
  1. DÜNYA

Vladimir Putin: “Yaxın Şərqdəki genişmiqyaslı hərbi münaqişə fəlakətə səbəb olardı”

Vladimir Putin: “Yaxın Şərqdəki genişmiqyaslı hərbi münaqişə fəlakətə səbəb olardı”
Sakura

Vladimir Putin: “Yaxın Şərqdəki genişmiqyaslı hərbi münaqişə fəlakətə səbəb olardı”

Rusiya prezidenti Vladimir Putin ümid edir ki, Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlar baş verməyəcək, əks təqdirdə bu fəlakətə çevriləcək.

"Report"un Moskva müxbiri xəbər verir ki, bunu Rusiya lideri Almaniya Kansleri Angela Merkellə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Müharibənin olmasını artıq görürük. Bu, bir həqiqətdir. Ancaq genişmiqyaslı hərbi əməliyyatların qarşısı alınmalıdır. Əgər, böyük hərbi münaqişə baş versə, bu, təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün fəlakət olardı.

Bunun nəyə səbəb olacağını da başa düşürük. İnsanlar ənənəvi yaşayış ərazilərini tərk edəcək. Bu da təkcə Avropaya deyil, digər bölgələrə də qaçqınların yeni axınlarına gətirib çıxaracaq. Humanitar, dini, iqtisadi fəlakət yaranacaq. Bu, qlobal iqtisadiyyata, qlobal enerjiyə çox böyük ziyan gətirəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR