Slimfit
  1. AZƏRBAYCAN

Vizaların hava limanlarında rəsmiləşdirilməsinə başlanmasından sonra Azərbaycana gələn BƏƏ rezidentlərinin sayı iki dəfə artıb

Vizaların hava limanlarında rəsmiləşdirilməsinə başlanmasından sonra Azərbaycana gələn BƏƏ rezidentlərinin sayı iki dəfə artıb
Sakura

Vizaların hava limanlarında rəsmiləşdirilməsinə başlanmasından sonra Azərbaycana gələn BƏƏ rezidentlərinin…

İyul ayında vizaların hava limanlarında rəsmiləşdirilməsi rejimi tətbiq edildikdən sonra növbəti iki ay ərzində Azərbaycana səfər edən BƏƏ rezidentlərinin sayı iki dəfə artıb və bu sayın gələcəkdə daha da artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov nüfuzlu ingilisdilli “Gulf News” qəzetinə müsahibəsində deyib. Məqalədə, viza qaydalarının sadələşməsindən sonra Azərbaycanın BƏƏ rezidentlərinin səyahət ediləsi məkanlar siyahısına əlavə olunduğu qeyd olunub.

C.Hüseynov müsahibədə bildirib ki, vizaların hava limanlarında rəsmiləşdirilməsi proseduru bu yay 26 iyul tarixindən etibarən başlanıb. Sözügedən rejim tətbiq edilməyə başlandıqdan sonra BƏƏ-dən Azərbaycana səfər edən turistlərin sayında ikiqat artım müşahidə olunur.

O deyib: “Hazırda BƏƏ rezidentləri asanlıqla Azərbaycana səfər edə bilər və ölkəmizə olan turist vizalarını Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən hava limanlarından əldə edə bilərlər. Əksəriyyətli Dubayda olmaqla, BƏƏ-də təxminən 7 min azərbaycanlı yaşayır. Onların təqribən 10 faizi dövlət sektoru, xüsusən enerji sektorunda, digərləri turizm, təhsil, xidmət və ya media kimi müxtəlif sektorlarda çalışır, bəziləri də şəxsi bizneslə məşğuldurlar. Azərbaycandan BƏƏ-yə ərzaq məhsulları, meyvə, tərəvəz, çərəz, avtomobil hissələri və daxili yanma mühərrikləri ixrac edilir. BƏƏ-dən Azərbaycana isə elektrik cihazları, nəqliyyat vasitələri, yedək parçalar, kimyəvi məhsullar, sürtkü yağları, tikinti materialları və aksesuarları və borular idxal edir”.

Baş konsul xüsusi vurgulayıb ki, bu ilin sonunda iki ölkə arasında ticarətin təşviqi məqsədilə Dubayda Azərbaycanın ticarət ofisinin rəsmi açılış mərasimi baş tutacaq. Onun sözlərinə görə, ticarət nümayəndəsi artıq təyin olunub və ofis artıq fəaliyyət göstərir və bu yeni addım Azərbaycan məhsul və mallarının BƏƏ-də təşviqinə yönəlib.

C.Hüseynov əlavə edib ki, Dubay Ticarət və Sənaye Palatasının statistikasına əsasən, 2017-ci ildə Azərbaycanla ticarət dövriyyəsi, təxminən, 221 milyon ABŞ dolları həcmində olub. O, ümidvardır ki, iki ölkə arasında mövcud olan “səmimi, yaxın və mehriban münasibətlər” səbəbindən, sözügedən rəqəm bu il daha da artacaqdır.

Diplomat qeyd edib ki, 2018-ci il BƏƏ dövlətinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın 100 illik yubileyi ilə əlaqədar “Zayed İli” kimi qeyd olunur. Bu il, həmçinin Azərbaycan üçün də əlamətdardır. Belə ki, 2018-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunur.

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi xalqımız üçün tarixi və əlamətdar bir hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika olub. 23 ay yaşamasına baxmayaraq, bu dövrdə xeyli işlər görülüb. Həmin müddətdə bir çox islahatlar aparılıb”, - deyə C.Hüseynov bildirib.

“Belə islahatlardan biri irq, cins, etnik və dini mənsubiyyət ayrımı olmadan bütün əhaliyə seçki hüququnun verilməsi olub. Bu Avrasiya ölkəsi qadınlara kişilərlə eyni siyasi hüquq verən ilk müsəlman ölkəsi olub. Həmin dövrdə, həmçinin Bakı Dövlət Universiteti yaradılıb, bütün təhsil müəssisələrində tədris Azərbaycan dilində aparılmağa başlanıb.

Diplomat Prezident ilham Əliyevin bu ili Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan etdiyini diqqətə çatdıraraq vurgulayıb ki, ölkəmizdə və dünyanın hər yerində Cümhuriyyətin 100-cü ildönümünü qeyd edilir və bu gün Azərbaycan beynəlxalq arenada öz mövqelərini gücləndirir. “Bir sözlə, mən fəxrlə deyə bilərəm ki, ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra bir çox nailiyyətlər əldə edib və güclü dövlətə çevrilib”, - deyə C.Hüseynov vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR