Slimfit
  1. DÜNYA

Viza müharibələri BMT-ni bitirə bilər

Viza müharibələri BMT-ni bitirə bilər
Sakura

Viza müharibələri BMT-ni bitirə bilər

ABŞ və Rusiya arasında diplomatlara viz verilməməsi ilə bağlı mübahisə səngimək bilmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, BMT-nin iki qurumunun- 1-ci (Tərksilah) və 6-cı (Hüquqi məsələlər üzrə) komitələrininin iclaslarının keçirilməsi təxirə salınıb.

Səbəb həmin toplantılarda iştirak edəcək Rusiya və İran diplomatlarına viza verilməməsidir.

“Hüquqi məsələlər üzrə komitənin iş proqramı konsensusla qəbul olunmalıdır. Lakin belə bir şey mümkün deyil. Çünki bizim diplomatik əməkdaşlarımız Nyu-Yorka buraxılmayıblar”, - deyə Rusiyanın BMT-dəki səlahiyyətli nümayəndəsinin müavini Gennadi Kuzmin ölkə mətbuatına bildirib.

Beynəlxalq təhlükəsizlik və tərksilah üzrə məsələlərlə məşğul olan 1-ci komitənin iclasında Rusiyanın 7 diplomatı iştirak edə bilməyib.

Bundan başqa, İran nümayəndəsi də ölkəsinin heç bir diplomatının viza ala bilmədiyini söyləyib. Eyni aqibətlə Kuba nümayəndəliyi də üzləşib. Bu səbəbdən adı çəkilən ölkələrin diplomatik heyətlərinin rəhbərliyi BMT baş katibi Antoniu Quterreşə etiraz məktubu ünvanlayıblar.

Xatırladaq ki, bu ilin sentyabr ayının 24-də Rusiyanın BMT Baş Asssambleyasının sessiyasında iştirak etmək üçün gəlmək istəyən 10 diplomatına ABŞ viza verməyib. Bunların içində Federasiya Şurasının Beynəlxalq əlaqələr üzrə komitəsini sədri Konstantin Kosaçev, “Roskosmos”un rəhbəri Dmitri Roqozin də var. Sonuncu “Nüvə sınaqlarının tamhəcmli qadağan olunması haqqında müqavilə”nin qüvvəyə minməsinə həsr olunmuş konfransın işində iştirak edə bilmədiyini deyib.

Sentyabr ayının 28-də bu məsələ iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Maykl Pompeo arasında müzakirə olunub. S. Lavrov həmkarına Rusiyanın sanksiyaları altında olmasına rəğmən amerikalı senator Ron Consona viza verildiyini xatırladıb.

Rusiya XİN-in müavini Sergey Ryabkov isə BMT Baş Assambleyası komitələrini iclaslarının başqa ölkədə keçirilməsini təkilf edib. Onun sözlərinə görə, ABŞ tərəfi BMT-nin Nyu-Yorka yerləşməsi ilə bağlı imzalanan beynəlxalq sazişlərə məhəl qoymur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR