Slimfit
  1. SİYASƏT

Vitse-spikerdən İran parlamentinin bəyanatına REAKSİYA: "Hansı üzlə İslam təəssübkeşliyindən danışırsız"

Vitse-spikerdən İran parlamentinin bəyanatına REAKSİYA: "Hansı üzlə İslam təəssübkeşliyindən danışırsız"
Sakura

Vitse-spikerdən İran parlamentinin bəyanatına REAKSİYA: "Hansı üzlə İslam təəssübkeşliyindən danışırsız"

Aprelin 5-də İran parlamentinin 210 deputatı bəyanat qəbul edərək İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir.

Həmçinin qeyd olunub ki, "Azərbaycan hökumətinin bu addımı bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onları fələstinliləri öldürən və əziyyət edən sionist rejimin ortaqları kimi baxacaqlar".

İran parlamenti ərəb və islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın İsraildə səfirlik açmasını pisləməyə də çağırıb.

Göründüyü kimi İrandakı molla rejimi Azərbaycanın Fələstində nümayəndəlik açmasını bilərəkdən görməzdən gəlirlər və özlərinin işğalçı Ermənistana dəstək vermələrini, Qafanda konsulluq açmalarını "unudurlar".

Mövzu bağlı Redaktor.az-a danışan Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli bildirdi ki, İran parlamentinin Azərbaycanla bağlı dırnaqarası narahatlığının mahiyyəti artıq məlumdur.

Onun sözlərinə görə, Azərbaycan özünün xarici siyasətini, strateji kursunu özü müəyyən edir və ona uyğun taktiki addımlar atır:

"İsraildə Azərbaycan səfirliyinin açılması İran tərəfini əndişələndirib və narahatlığını parlament səviyyəsinə gətirib çıxarır. Buarda bir Fələstin təəssübkeşliyi ortalığa qoyulur. Çox qəribədir, İran bunu bu gün hansı üzlə edir? Sənin Azərbaycan torpağının 20 faizini işğal etmiş Ermənistanla münasibətin göz qabağındadır. 30 ildir Ermənistanı sən himayə edirsən. Bu günləri də xaçpərəstləri gətirirsən, məsciddə, oturduğun evlərdə yuxarı başa keçirirsən. Məscid müqəddəs bir ifadədir. Allah evi deyirlər. O məscid ümumidir. İstər ərəb dünyasında olsun, istər hansısa müsəlman ölkəsində olsun, İranda, yaxud Azərbaycanda, onun adı məsciddir. Sənin namaz qıldığın İrandakı məscid Qarabağda olan məscidlə eyni adı daşıyır. Amma sən orda namaz qılırsan, burdasa məsciddə erməni donuz bağlayır. Sən bunları görmürsən. Bizim 130 km-dən artıq sərhədimiz 30 ildir işğal olunub. Ermənilərin sizə qardaşı olduğunu unutmusan? Sən hansı üzlə bu günləri İslam təəssübkeşliyindən danışırsan? Sən mənə necə diqtə edə bilirsən ki, kiminlə dost, kiminlə düşmən ol? Mən dostuma dost, düşmənimə düşmənəm".

Vitse-spiker onu da qeyd etdi ki, müharibə dövründə insanların, dövlətlərin əsl siması üzə çıxdı.

"Ona görə də Azərbaycan tərəfinin İsraildə səfirliyinin açılması bu qədər narahatlıq törədir. Bəs, sənin Ermənistanda açdığın konsulluq, səfirlik necə? Hansı hikkədir, haradan yaranır ki, sən Azərbaycana diqtə etməlisən? Nə üzlə?  Bəlkə Qarabağ müharibəsində İslam ölkəsi kimi bizim arxamızda durdun? İndi isə Azərbaycana özünün strateji kursunu həyata keçirmək üçün atdığı addımlarda böyük maneələr yaratmaq istəyirsən. Sən Zəngəzur dəhlizinin açılmasın qırmızı xətt hesab edirsən. Bəs 10 noyabr sazişində imzalanan zaman niyə susdun? Yəni bu gün Azərbaycan tərəfini ittiham etmək, parlament səviyyəsində narazılıq ifadə etmək, mən hesab edirəm ki, İran tərəfinin nə siyasi, nə mənəvi, heç bir insani haqqı deyil. Düşünürəm ki, Azərbaycan tərəfi müstəqil siyasət yeridir. Azərbaycan heç bir dövlətdən asılı deyil. Azərbaycan özünün siyasi xəttinin strateji kursunu hansısa bir dövlətin diqtəsi ilə deyil, dövlətin ümumi gücünün, qüvvəsinin artması naminə irəli sürür və taktiki addımların atır. Azərbaycanla diqtə dilində danışmaq mümkün deyil. Azərbaycan həmin Azərbaycan deyil. Azərbaycan tam müstəqil heç bir dövlətdən asılı deyil. İqtisadi qüdrətinə, göstəricilərinə görə də Azərbaycanla diktə dilində danışmaq olmaz" - deyə Fəzail İbrahimli vurğuladı.

Milli Məclis sədrinin müavini hesab edir ki, İran tərəfi ölkə daxilində baş verən kifayət qədər iqtisadi, mənəvi, dini problemlərindən qaçmaq üçün hansısa bir ölkə ilə münasibətini pisləşdirib, yaxud da çıxarıb özündən kənara atmaq fikrindədir.:

"Ancaq çox təəssüf ki, bu ünvan Azərbaycan olmamalı idi. İran tərəfi heç vaxt yadından çıxartmamalıdır ki, onun içərisində 30 milyondan yuxarı bizim soydaşlarımız yaşayır. Odla oynamaq olmaz, yüz ölçüb, bir biçib addım atılmalıdır. Əks təqdirdə İran özünün tarixində baş verən proseslərdən ibrət dərsi çıxarmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR