Slimfit
  1. İDMAN

Vitse-prezident: 'Qarabağ' büdcəsini iki dəfə artırıb'

Vitse-prezident: 'Qarabağ' büdcəsini iki dəfə artırıb'
Sakura

Vitse-prezident: 'Qarabağ' büdcəsini iki dəfə artırıb'

"Xaricdə klublar yayım hüquqları və oyun günləri vasitəsi ilə pul qazanırlar". 

Ens.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu Malta Futbol Assosiasiyasının vitse-prezidenti Aleksandr Feneç "Timesofmalta" nəşrinə açıqlamasında deyib. 

Funksioner Malta klublarının oyun günlərində azarkeşlər sayəsində kiçik qazanc əldə etdiyini söyləyib. O bildirib ki, bu gəlirlə klubu maliyyələşdirmək mümkün deyil. 

Feneç klubların yeni gəlir mənbələri tapmalı olduqlarını və bunun üçün avrokubokların ən yaxşı vasitə olduğunu sözlərinə əlavə edib.

Vitse-prezidenti "Qarabağ" və Belarusun BATE klublarını nümunə göstərib: "Avrokuboklarda mərhələ adlamaq klublarımızın gəlirlərini artırması üçün ən yaxşı yoldur. Növbəti mərhələyə yüksələndə UEFA-dan pul alırsan və daha yaxşı oyunçu gətirmək üçün vəsaiti heyətə sərf edə bilərsən. Avropada bir neçə komandanı buna misal göstərmək olar. Klubumuz Azərbaycan təmsilçisi "Qarabağ"la oynayanda onların 16 milyon avro büdcələri var idi, artıq iki dəfə çoxaldıblar. Eyni vəziyyət BATE-yə də aiddir". 

Qeyd edək ki, "Qarabağ" 2014-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi Bakıda 4:0, səfərdə isə 1:0 hesablı qələbə qazanıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR