Slimfit
  1. DÜNYA

Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar

Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar
Sakura

Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar

Rusiyada koronavirusun ikinci və sonrakı dalğalarından yalnız kütləvi peyvənd sayəsində qurtulmaq olar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq deyib.

"Biz yaxşı populyasiya səviyyəsində peyvənd olunmasaq, təəssüf ki, həm ikinci, həm üçüncü, həm də onuncu dalğa olacaq", - deyə o, Birinci kanalda yayımlanan "Dok-tok" proqramının efirində bildirib.

Rusiya İctimai Rəyin Tədqiqi Mərkəzinin avqustun 12-nə olan məlumatına əsasən, ölkə vətəndaşlarının 40 faizindən çoxu yeni "Sputnik V" vaksini ilə peyvənd olunmağa hazırdır. Sorğuda 18 yaşdan yuxarı 1,6 min rusiyalı iştirak edib.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə koronavirus əleyhinə vaksini qeydiyyatdan keçirib. Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutu tərəfindən hazırlanan "Sputnik V" preparatı iyun və iyul aylarında klinik sınaqlardan keçib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR