Slimfit
  1. MEDİA

"Virusla mübarizədə müsbət nəticə əldə etmək üçün..." - Millət vəkili

"Virusla mübarizədə müsbət nəticə əldə etmək üçün..." - Millət vəkili
Sakura
:1

"Virusla mübarizədə müsbət nəticə əldə etmək üçün..." - Millət vəkili

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları artır. Bu, bütün dünyada belədir. Aprelin 4-nə olan məlumata əsasən, ölkədə 550-dən çox yoluxma faktı qeydə alınıb ki, bunun da bir sıra səbəbləri var.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Onun sözlərinə görə, epidemiyanın artma səbəblərindən biri inkubasiya dövrünün 28 günə qədər olmasıdır:

"Əvvəllər 14 gün inkubasiya dövrü olduğu bildirilsə də, hazırda bu müddət uzanır. Həmçinin məlumdur ki, əvvəllər testlərin sayı az idi və bunu tam şəkildə aşkarlamaq mümükün deyildi. Hazırda Azərbaycan çox güclü tibbi laboratoriyalar əldə edib, eyni zamanda müasir tibbə uyğun olan testlər aparılır. Xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son həftə ərzində keçirilən testlər bir daha gələn şəxslərin arasında çox saylı insanda yoluxma faktlarını təsdiq etdi. Qeyd etdiyimiz kimi, ilkin vaxtlarda infeksiya əsasən, xaricdən gəlirdi, artıq daxildə də yoluxma halları getdikcə çoxalıb. Acınacaqlı haldır ki, artıq bu, regionlarda da yayılmağa başlayıb. Bu rəqəm həmin regionlara xaricdən, MDB məkanından gələn qonaqların sayına görə artdı".

Millət vəkili Azərbaycan və dünya ölkələrində yoluxma hallarını müqayisə edərək bildirib ki, tələb olunan qaydalara əməl etmək vacibdir: "Baxmayaraq ki, bütün məhdudiyyətlər qoyulur, dövlət tərəfindən çox mühim addımlar atılır, lakin yoluxma davam edir. Bu o demək deyil ki, ölkəmizdə yoluxma pik həddədir. Bütün dünyada da, regional dövlətlərdə bu, belədir. Hətta bizdən dəfələrlə çoxdur. Düşünürəm ki, məhdudiyyətlərin hamısına birmənalı şəkildə əməl etmək lazımdır. Bunun qarşısını almağın ən mühim metodu yoluxan şəxslə yoluxa biləcək şəxs arasında sosial məsafəni qorumaqdır. İstər Ermənistanda, istər Gürcüstanda yoluxmaların sayına baxdıqda, məlumdur ki, insanlar testdən nə qədər az keçirilsə, həmin rəqəm o qədər azalır. Ermənistanda 8 minə yaxın test aparılıb. Yoluxanların sayı 700-ü ötüb və 7 ölüm faktı qeydə alınıb.

Gürcüstanda ölüm halı qeydə alınmasa da, 160-a yaxın şəxsin yoluxması aşkarlanıb. Dünya təcrübəsinə gələndə İtaliya və İspaniyada yoluxma halları, ölüm faktları həddindən artıq çoxdur və bu həndəsi silsilə ilə artmaqdadır. Eləcə də ABŞ-da. Bir sıra ölkələrdə nisbi sakitlik olsa da, virusun yayılmasının tam şəkildə sona çatması inandırıcı görünmür. Nisbi sakitlik görünən ölkələrdə testdən keçənlərin sayının çox olması ilə yanaşı, məhdudiyyətlərə əməl edənlərin də sayı çoxdur. Məhz buna görə də onlarda müəyyən qədər irəliləyiş var".

Arzu Nağıyev qeyd edib ki, qaydalara əməl olunduğu təqdirdə yaxın zamanda ölkə ərazisindəki pandemiya aradan qalxacaq: "Azərbaycanda dezinfeksiya işləri aparılır, vətəndaşlar #evdəqal çağırışına qoşulub, bununla yanaşı çox güclü laboratorilyalar, testlər əldə edilib. Dövlət tərəfindən birmənalı, hərtərəfli, kompleks şəkildə tədbirlərin keçirilməsinə görə Azərbaycan müsbət nəticələr əldə etməyə qadirdir və belə də olacaqdır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR