Slimfit
  1. MƏDƏNİYYƏT

Violin ifaçıları Bakıda konsert proqramı ilə çıxış edəcəklər

Violin ifaçıları Bakıda konsert proqramı ilə çıxış edəcəklər
Sakura

Violin ifaçıları Bakıda konsert proqramı ilə çıxış edəcəklər

Noyabrın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violin ifaçıları ansamblının konserti olacaq.

Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdə Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri ifa ediləcək.

“Detaşe” ansamblının fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin rəğbətini qazanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR