Slimfit
  1. CƏMİYYƏT

Vilyam Hacıyevin işi yenidən Ali Məhkəmədə

Vilyam Hacıyevin işi yenidən Ali Məhkəmədə
Sakura

Vilyam Hacıyevin işi yenidən Ali Məhkəmədə

İmişlinin məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayəti verib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki Vilyam Hacıyev ittihamlarla razılaşmadığından yüksək instansiya məhkəməsindən bəraət qərarı çıxarılmasını xahiş edir.

İş Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlaklarla bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvvədə saxlayıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş 5 milyon manat dəyərində əmlak da müsadirə edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR