Slimfit
  1. CƏMİYYƏT

Vilyam Hacıyevin ailəsinin müsadirə olunmuş əmlakları ilə bağlı qərar çıxarılıb

Vilyam Hacıyevin ailəsinin müsadirə olunmuş əmlakları ilə bağlı qərar çıxarılıb
Sakura

Vilyam Hacıyevin ailəsinin müsadirə olunmuş əmlakları ilə bağlı qərar çıxarılıb

Ali Məhkəmə İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin müsadirə olunmuş əmlaklarının geri qaytarılması üzrə qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

"Report" xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, keçmiş icra başçısının ailə üzvlərinin kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, C.İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, M.Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyir.

Xatırladaq ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsin 6 milyon 300 min manatlıq əmlak və pulu dövlət nəfinə müsadirə olunsun.

Hökmə əsasən, sabiq icra başçısının ailə üzvlərinin adına rəsmiləşdirilmiş 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub.

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb. V.Hacıyevin ailə üzvləri həmin qərardan kassasiya şikayəti verib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR