Slimfit
  1. SİYASƏT

'Vilayət Eyvazovun vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tələbləri sözdə yox, əməldə yerinə yetirilir' - RƏY

'Vilayət Eyvazovun vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tələbləri sözdə yox, əməldə yerinə yetirilir' - RƏY
Sakura

'Vilayət Eyvazovun vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı tələbləri sözdə yox, əməldə yerinə…

"Bakı Şəhər Baş Polis İdarəsi jurnalistlərin, ictimaiyyət nümayəndələrinin rahatlıqla 24 saat müracət etdiyi və operativ cavab aldığı quruma çevrilib". 

"Report" xəbər verir ki, bunu jurnalist Samir Güləliyev "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, son dövrlər bu əlaqələr getdikcə daha da yaxşılaşır: "Məsələn, dünən Sabunçu rayonunda uşaq oğurluğu ilə bağlı ictimaiyyətdə rezonans doğuran, valideynlərdə narahatlıq yaradan xəbər yayıldı. Medianı 24 saat izləyən Bakı Şəhər Baş Polis İdarəsi dərhal hərəkətə keçdi, xəbərin aydınlaşdırılması üçün fakt dərhal nəzarətə götürüldü. Məsələ ilə bağlı müvafiq tədbirlər görüldü, xəbər aydınlaşdırıldı və nəticə barədə dərhal ictimayyətə operativ məlumat çatdırıldı. İşə peşəkar münasibətin göstəricisi bax budur! Tək mən yox, dünənki hadisə ilə bağlı operativ məlumat alan digər jurnalistlər, narahatlıq keçirən valideynlər də bu faktı təsdiqləyir".

S.Güləliyev vurğulayıb ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun vətəndaş məmnunlunluğunun təmin edilməsi ilə bağlı tələbləri sözdə yox, əməldə yerinə yetirilir: "Polisin təkcə cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunmasında çevikliyi artıq mətbuatın da işini olduqca asanlaşdırıb. Bu həm də Azərbaycanın qanun keşikçilərinə olan ictimai inamı artırır!".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR