Dərc edildi: Baxış sayı: 712
Vilayət Eyvazovun qəbul vaxtı dəyişdirildi
Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Gəncədə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonları sakinlərinin qəbulunun oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində keçirilməsi nəzərdə tutulub.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət