Dərc edildi: Baxış sayı: 648
Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Ens.az Referans.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis mayoru Tural Əhmədli Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin edilib. Tural Əhmədli bundan əvvəl idarənin baş müstəntiqi olub.
Qeyd edək ki, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin əvvəlki rəisi, polis polkovnik-leytenantı Cavidan Əlizadə isə bir müddət əvvəl elə həmin İdarənin əməliyyat işləri üzrə rəis müavini təyin olunmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət